Maya Vahidzade

Maya Vahidzade

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maya Vahidzade, Health/Beauty, Citomed, Baku.

03/03/2021

İstədiyiniz hər şeyi edə biləcəyinizə inanmalısınız.

İnanın ki imkanlarınız sonsuzdur.

Sizə mane olan yeganə sərhədlər ağlınızda yaratdığınız sərhədlərdir✨

Photos from Maya Vahidzade's post 02/03/2021

Hər vaxtınız xeyir olsun, mənim dəyərli izləyicilərim☘️

Əvvəla sizə çooox təşəkkür etmək istəyirəm ki bu günə kimi mənimləsiniz🙏🏻

Mənim ən böyük motivasiyam da sizsiniz.

Bir insanın gözündə mənim köməyim ilə əldə etdiyi sevinci görmək mənə çox güc verir və doğru yolda olduğumu hər gün sübut edir.

Bəli, mənə də motivasiya lazımdır.

Məni tanıyan hər kəs bilir ki gündəlik qida rasiyonuma necə fikir verirəm və necə həssasam bu mövzuda.

Amma qarlı boranlı qış məni də depressiyaya salmaq istədi. Və pəhrizimi pozmasam da əvvəl ki kimi fikir vermirəm qidalanmağıma.

Və bugündən etibarən əvvələr etdiyim bir metoda qayıdıram.

Qida gündəliyinə📝

Bugündən hər gün storilerim də gün ərzində qəbul etdiyim makro və mikronutriyentləri sizinlə paylaşacam.

Sizdən də bu ara mənim dəstəyim kontrolum olmağınızı xahiş edirəm🙏🏻

Kimə marağlı olsa storilerin də məni tağ edib gündəliklərini paylaşa bilər.
Mən isə onları yoxlayıb sizə doğru və yanlışlarınızı deyəcəm.

Belə isə bir birimizi sağlam qidalanmağa motivasiya etmiş olacayıq🤗

👉🏻 App Store da və Play Marketdə olan ən məşhur qida gündəliklərini paylaşdım.
Hansı sizə xoşdur yükləyib storiləriniz də paylaşıb və ya Directe göndərə bilərsiniz☘️

Photos from Maya Vahidzade's post 02/03/2021

Burada mənim kimi baharın yaxınlaşdığını hiss edən varmı? ☘️

Dəyərli insanlarım , bahar gəlir🤸🏻‍♀️

Qarın, soyuqun, p*s əhval ruhiyənin, zəifliyin və depressiyanın arxada qalma vaxtı gəlir☀️

Həyatınızın dəyişməsini istəyirsinizsə daxili aləminizlə başlamaq lazım olduğunu unutmayın.

Və bu daxili dünyanızı qaydaya salmağın vaxtı gəldi💪🏻

Ən günəşli bahar bayramı üçün uzun müddət gözləyən və soruşanlar üçün endirim kompaniyası edirəm🤗

Özünüzü dəyişdirməyə başlayın və ətrafınızdakı hər şeyin necə dəyişməyə başladığını görün✨

Və hər zaman sağlam olun☘️

28/02/2021

"Sağlam qidalanıram amma çəki getmir, niyə?"

Dietoloqa ən çox verilən suallardan biri.

Əgər sizdə də belədir, bu postda əsas səbəbləri tapa bilərsiniz.

1️⃣ Gündəlik normadan əlavə kalori içirsiniz🥤

Gündə 4-5 dəfə qaymaqlı qəhvə, bronekofe, spirtli içkilər və s.
Bu içkilər qida qədər kaloridir.

✔️ Unutmayın ki kalori çox önəmlidir.

2️⃣ Atışdırmalar 🍫🍬☕️

Bir parça şokolad, bir az qoz-fındıq, bir dilim kolbasa, bir konfet (hətta dietik belə olsa), bir dilim uşaqdan sonra qalan pendir və s.
Sizə elə gəlir ki, bu çox deyil, amma hamısını hesablasanız ən azı gündəlik kalori normasının yarısı qədər olacaq.

✔️ Ən doğru yol qida gündəliyi tutmaq və bütün yeməklərinizi qeyd etməkdir.

3️⃣ Həftənin yalnız 5 günü sağlam qidalanırsınız, həftə sonları isə qonaqlıqda qaydaları unudursunuz 😏💃🏼

Çoxları üçün həftə sonu dincəlmək üçün bir bəhanədir. Bütün həftə sonu qidanıza fikir vermirsinizsə, onda hansı kilo itkisindən danışa bilərik?

4️⃣ Gün ərzində sağlam qidalanırsıniz amma axşam özünüzü saxlaya bilmirsiniz.

5️⃣ Limitsiz "dietik" məhsullar yeyirsiniz.

Bütün dietik şirniyyatlar az kalorili olsalar da, KALORİSIZ DEYİL!

6️⃣ Xərclədiyiniz enerjidən çox kalori qəbul edirsiniz.

✔️Gün ərzində aktiv olun 🏃🏼‍♀️🤸🏻‍♀️🏋🏻‍♀️

7️⃣ Zəif metabolizm.

Uzun zaman pəhriz saxlayan insanların maddələr mübadiləsi aşağı kalorili qidalara öyrəşir və bu insanlar birdən yüksək kalorili yeməyə başlasa (sağlam məhsullar olsa belə) kilo alacaq.

✔️ Belə insanlarda gündəlik kalori normaları individual hesablanmalıdır və tədricən çoxalmalıdır

Və unutmayın ki arıqlamağın əsas köməkçisi sağlam qidalanma ilə birlikdə fiziki aktivlikdir.

Aktiv olun - sağlam olun.🤸🏻‍♀️☘️

18/02/2021

🇦🇿❓ Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fiziki hərəkətsizliyi tütün çəkmək kimi sağlamlığa zərər etdiyinə bərabərləşdirdiyini bilirdinizmi?

Yəni səhərdən axşama qədər divanda oturaraq, gündə bir qutu siqaret çəkən insanlar kimi sağlamlığınıza zərər verirsiniz.

❓İdmanın bir elm olduğunu bilirdinizmimi?

Və hər bir insan üçün doğru bir məşq seçmək üçün fərdi bir yanaşma lazımdır.
İndividual fiziki aktivliyin dozasını seçmək üçün insanın ürək-tənəffüs sisteminin ilkin vəziyyətini bilməlisiniz.

❓Kilo vermək və əzələləri gücləndirmək üçün tamamilə fərqli məşqlərə ehtiyac olduğunu bilirdinizmi?

❓Və mənim idman təhsilim olduğunu və sizə bunları anlamağa kömək edə biləcəyimi bilirdinizmi?🤗

___________________________________

🇷🇺❓А вы знали, что Всемирная Организация Здравоохранения по вреду для здоровья приравнивает гиподинамию (недостаточную физическую активность) к курению.

То есть сидя с утра и до вечера на диване, вы губите своё здоровье точно так же, как если бы курили пачку сигарет в день.

❓А вы знали, что спорт - это наука?

И чтобы правильно подобрать тренировку для каждого человека нужен индивидуальный подход.
Нужно знать в каком изначально состоянии кардио-респираторная система человека, чтобы подобрать ему дозу физической нагрузки.

❓А вы знали, что для того, чтобы похудеть и для того, чтобы укрепить мышцы нужны совершенно разные упражнения?

❓А вы знали, что у меня есть спортивное образование, и я могу помочь вам в этом всём разобраться?🤗

17/02/2021

🇦🇿 Son zamanlar mənə ən çox verilən “vaxt olmadığı halda amma çox ac olduğda necə qəlyanaltı edə biləcəyiniz” sualdır.

Daha əvvəl heç bilmədiyiniz resepti sizinlə bölüşmək istədim🤭

BRONECOFFE💣

• enerji səviyyəsini artırır;
• beyin fəaliyyətini, idrak funksiyalarını yaxşılaşdırır;
• qanda şəkərin səviyyəsini sabitləşdirir;
• aclığı aradan qaldırır;
• maddələr mübadiləsini sürətləndirir;
• xolesterol səviyyəsini azaldır;
• kofein keton istehsalını təşviq edir ki, bu da arıqlamağa kömək edir;
• doymuş yağlar ürək-damar sistemi xəstəliklərində profilaktik təsir göstərir;
• Bulletproof cofee - sağlam yağların mənbəyidir

BRONECOFFE NECƏ HAZIRLANIR

Klassik resept:
• 250 ml təzə dəmlənmiş qara qəhvə;
• 2 çay qaşığı kokos yağı (MCT yağı);
• 2 çay qaşığı kərə yağı.

(sadəcə kərə yağı da olsa olar)

Bütün inqrediyentləri blender ilə qarışdırın. Və qəlyanaltı hazırdır☕

Ancaq unutmayın ki, bu içki balansli bir qidanı əvəz edə bilməz‼️

Tox olun - sağlam olun😌☘️

15/02/2021

Yağlar (lipidlər) zülallar, karbohidratlar və su ilə birlikdə əsas əvəzolunmaz hissəsindən biridir.

Bir çox insan heyvan mənşəli yağı yeməkdən və qanda xolesterol səviyyəsini artırmaqdan qorxur.

Amma ki yağlar ürək damar sistemin sağlamlığına müsbət təsir göstərir, və bonus olaraq dərimizi yumşaq və saçlarımızı parlaq edir (qadınlar üçün əvəz olunmaz effektlər🤭)

Hərkəs də qorxduğu xolesterol steroid hormonlarının və vitamin D sintezi üçün lazımdır.

Weston Praysın "Qidalanma və Dejenerasiya" kitabında təsvir olunan 10 illik geniş araşdırma təsdiqləyir ki heyvan mənşəli yağlar sağlamlığa müsbət təsir göstərir.

Əgər qidada yağ çatışmazlığı varsa, sonsuzluq, nizamsız menstruasiya və digər hormonal problemlər əldə edə bilərsiniz (kişilərdə isə testosteron azalmasını)

İndi isə heyvan mənşəli yağlar barədə mifləri açıqlamaq istəyirəm.

Mif 1: Heyvan mənşəli yağlar xolesterol səviyyəsini artırır.

Həqiqət: Heyvan mənşəli yağlar anti-aterosklerotik təsiri olan "yaxşı" HDL-xolesterol səviyyəsini yüksəldir. LDL-xolesterolu isə karbohidratlar artırır (lakin təbii ki genetik nüanslarda var).
Bədəndəki biyokimyəvi reaksiyalar sayəsində trigliseridlər karbohidratlardan əmələ gəlir.
Xolesterol səviyyəsi yüksək olan xəstələr üçün yüksək yağlı və az karbohidratlı pəhriz tövsiyə edirəm.

Mif 2: Öd durğunluğu, xolesistit və öd daşlar olan paciyentlərdə qidada yağlar istehlak edilməməlidir.

Həqiqət: Yağlar öd kisəsi hərəkətliliyini və öd axını stimullaşdıran xolesistokinin hormonunu stimullaşdırır və öd durğunluğunu aradan qaldırır

Mif 3: Yağlar uşaqlara verilməməlidir.

Həqiqət: Uşaqların beyni 70% yağdan ibarətdir. Ana hamiləlik dövründə və ana südü vermə zamanı az yağ yeyibsə, uşağa da az yağ veribsə, körpə immuniteti zəif olur və tez-tez xəstələnə bilər.

Birdə vurğulamaq istəyirəm ki, yazılanlar SAĞLAM yağlara aiddir!

Yediklərinizin tərkibini oxuyun və hərzaman sağlam olun☘️

Photos from Maya Vahidzade's post 11/02/2021

🇦🇿 Hər vaxtınız xeyir☘️

Dünən sizi son illərdə ən çox rast gəlinən xəstəliklərdən birini təyin etmək üçün bir test keçməyə dəvət etdim. İndi isə sizə bu xəstəliyin nə olduğunu söyləyəcəm.

Beləliklə, əgər bu simptomlar sizdə varsa:
• Xroniki yorğunluq;
• Oynaq ağrıları;
• Tez-tez soyuqdəymə;
• Baş ağrıları;
• Başgicəllənmə;
• Dəridə sızanaqlar;
• Şişkinlik;
• Sidik yolu infeksiyaları;
• Əsəbilik;
• Yuxusuzluq;
• Gözlərdə qızartı və qaşınma;
• Ekzema;
• Beyin dumanı;
• Dil və ağızda lövhə;
• Əhval dəyişikliyi;
• Qaşınma;
• Tez kilo alırsınız;
• Hər hansı bir qidaya meyillilik;
• Mədə ağrıları;
• Dəri səpkiləri;
• Allergiya.

Deməli siz Candida infeksiyasını istisna etmək üçün müayinə olunmalısınız.

Candida (tam adı Candida albicans) bədənin daxili səthlərində (ağız, bağırsaq, va**na) təbii olaraq əmələ gələn bir göbələk növüdür.
Candida əslində zərərli bir göbələk deyil. Bədən səthlərində təbii olaraq tapılır. Həm də bağırsaqdakı həzm proseslərinə kömək edir.
Ancaq immunitet sistemi tərəfindən idarə olunan göbələk miqdarı nəzarətdən çıxarsa vəziyyət dəyişir və candida bir xəstəliyə çevrilir.

Dünənki suallara əlavə etmək istəyirəm:
1. Tez-tez şəkərli qazlı sular və meyvə şirələri içirsiniz?
2. Gündəlik qida rejiminizdə çoxlu meyvə var?
3. Oral kontraseptiv qəbul edirsiniz?
4. Son 2 ildə ağız boşluğunda ağ lövhə varmı?
5. Son 2 ildə antibiotik qəbul etmisinizmi?
6. Diabetiniz və ya insulin dirənci varmı?

Candidoz olduğunuzdan şübhələnirsinizsə, onun varlığında necə əmin ola bilərsiniz?

1. Mazok götürə bilərsiniz və polimer zəncirvari reaksiya metodu bədəndə Candida varlığını aşkar edəcəkdir.
2. İmmunoglobulinləri aşkar etmək ucun qan analizi verə bilərsiniz.

Candida əleyhinə müalice və anticandid diet rejımi barədə növbəti postlarda yazacam☘️

09/02/2021

🇦🇿 Hamı Omega-3 yağ turşuları haqqında eşidib. Ancaq az adam bunun nə olduğunu və nə üçün olduğunu bilir.
Bədəndə istehsal olunmayan bu yağ turşuları əvəzolunmazdir.

Quruluşlarına görə yağ turşuları doymuş və doymamışlara bölünür.

Doymamış yağ turşuları isə 3 qrupa bolunur:
Omega-9, Omega-6 və Omega-3.

Omega-3, yalnız dəniz yosunlarında sintez olunan eikosapentaenoik (EPA) və dokosaheksaenoik (DHA) turşulardan ibarətdir.

İnsanlar üçün əsas EPA və DHA mənbəyi bəzi dəniz balıq növləridir (sardina, atlantik qızılbalığı, forel, skumbriya, atlantik siyənəyi). Birdə Omega-3 az miqdarda kətan toxumu yağında da olur.

Omeqa-3 turşularına niyə ehtiyac var?

1. Qan damarlarının daxili qatının funksiyalarını yaxşılaşdırır.
2. Qan laxtalanma riskini azaldır.
3. Bədəndəki iltihab aktivliyini azaldır.
4. Ürək fəaliyyətini yaxşılaşdırır (ATP əmələ gəlməsini artıraraq inotrop aktivliyi artirir - həkimlər üçün məlumat)
5. LDL-xolesterol konsentrasiyasını azaldır və HDL-xolesterol konsentrasiyasını artırır.

Və Omega-3-ün bütün bu fərqli xüsusiyyətləri bizi ateroskleroz, ürək-damar xəstəliyi, insult, miokard infarktı, tromboz inkişaf risklərindən sığortalayır.

Həmçinin:

1. Balıq yağının bir hissəsi olan EPA və DHA, sümük itkisinə səbəb olan hüceyrə proseslərine maneə törədir və iltihabı azaldır.
2. Omega-3 immunitet sistemini mükəmməl şəkildə stimullaşdırır.
3. Omeqa-3 turşuları kolon və rektal xərçəng, prostat, döş, yumurtalıq xərçənginin qarşısını almaq üçün yaxsi təsir gorsedir.
4. İnsan beyni 60% yağdan ibaretdir və bu yağların üçdə biri yağ turşularıdır. Omega-3 sayəsində beyin daha səmərəli işləməyə başlayır.
5. Omega-3 dəridə allergiyanın inkişafına maneə törədir. EPA və DHA, derinin əsasını təşkil edən və gücü və elastikliyini təmin edən bir protein olan kollageni məhv olmaqdan qoruyur. Kollagen sayəsində dərimiz möhkəm görünür və qırışların əmələ gəlməsindən qorunur.

Aşağıdakı simptomlar omeqa-3 çatışmazlığını göstərə bilər:

• dərinin pozulması;
• diqqət konsentrasiyasının itməsi;
• yuxu problemi;
• əsəbilik, əhval dəyişikliyi;
• xroniki yorğunluq;
• allergik xəstəliklərin ağırlaşması.

Buna görə də Omega-3 qebul edin və sağlam olun.🤗

08/02/2021

🇦🇿 Məni görən və eşidən hər kəsin sabahı xeyir olsun☀️

Səhifəmə yeni gələn hər kəs xoş gəlmisiniz🤗

Məni hələ tanımayanlar üçün özüm haqqında bir neçə kəlmə yazmaq istəyirəm.

Mənim adım Maya🐝
Mən həkiməm. Və bu dünyaya insanlara sağlamlıq vermək üçün gəlmişəm🤭

Mən Moskvada böyüyüb təhsilimi almışam. Bu şəhərə də heç kimin təsəvvür edə bilməyəcəyi bir sevgim səbəbindən köçdüm (bəli, Bakını sevirəm və başqa bir səbəblər yoxdur😌)

Mən həkim-kardioloq, kliniki dietoloq və artıq 2 ildir ki idman mütəxəssisiyəm. Və bu il Moskva Profilaktik və Funksional tibb institutunda yeni təhsilə başladım (bu isə mənim 4-cü təhsilimdir👵🏻)

Mənim dəyərli izləyicilərim, sizin üçün çox faydalı və marağlı lahiyələr hazırlayıram🤫
Və hər xoş sözünüzə və dəstəyinizə çooox şad olaram🙏🏻

Gününüz xeyirli və uğurlu olsun☀️☘️

____________________________________

🇷🇺 Доброго утра каждому, кто меня видит и слышит☀️

Всем, кто недавно ко мне присоединился добро пожаловать на мою страницу🤗

Пару слов о себе для тех, кто меня ещё не знает.

Меня зовут Майя🐝
Я врач. И я пришла в этот мир, чтобы дарить людям здоровье🤭

Я выросла и получила образование в Москве. В Баку переехала из-за моей невероятной любви и тяги к этому городу (и больше никаких причин нет😌)

Я врач-кардиолог, клинический диетолог. И уже два года магистр спорта. Так же в этом году я начала обучение в московском институте профилактической и функциональной медицины (и это уже моё 4-ое образование👵🏻)

У меня есть много полезного и интересного для вас, мои дорогие подписчики🤫
И я буду рада каждому доброму слову и вашей поддержке🙏🏻

Желаю вам доброго и удачного дня☀️☘️

Photos from Maya Vahidzade's post 31/01/2021

🇦🇿 İnsan orqanizmi müxtəlif kimyəvi proseslərin getdiyi bir fabrikaya bənzəyir.

Bütün bu proseslər üçün xaricdən aldığımız ən müxtəlif elementlər — zülallar, yağlar, karbohidratlar, vitaminlər və minerallar lazımdır.

Bu postda sizinlə vitamin və mineralların qəbulu məsələsinə toxunmaq istəyirəm.

Bəzi vitaminlər digər vitaminlərin orqanizmdə həll olmasına manə yaradarkən, bir çoxu isə tam əksinə biri birinə köməklik göstərir.

İkinci fotoda siz mineralların və vitaminlərin uyumluluq tablosunu görə bilərsiniz.

🔸Yaşıl rənglə qeyd edilən vitaminlər və minerallar, hansılar ki, kompleksdə əla işləyirlər, bir-birinin mənimsənməsinə və effekti gücləndirməyə kömək edirlər.

🔸Qırmızı rənglə qaçınılması lazım olan uğursuz kombinasiyalar qeyd olunur. Bu vitaminlərin və mineralların birlikdə qəbulunun təsiri minimal və ya mənfi olacaqdır. Onlar 4-6 saat fasilə ilə, ayrı-ayrılıqda qəbul edilməlidir.

🔸Sarı rənglə neytral təsirə malik vitaminlər qeyd edilir ki, onların qəbulu həm ayrı ayrılıqda həm də birlikdə mümkündür. Əks təsirləri yoxdur.

📍Mineralların və mikroelementlərinin bir-birinə uyğunlaşması ilə yanaşı, məhsulların onların sindirilməsinə təsiri də nəzərə alınmalıdır.

Vitamin və mineralların qəbulunun nəticəsini əhəmiyyətli dərəcədə p*sləşdirə biləcək əsas amillər bunlardır:

1. Bəzi qidalar vitamin və mineralların qəbulunu p*sləşdirir və ya onların orqanizmdə itkisinə səbəb olur.
Məsələn:

🔸Tərkibində kofein olan içkilər (kofe, qara çay, yaşıl çay)
🔸 Süd və südlü məhsullar.

Mümkün olduğu qədər, bu məhsulların istifadəsindən çəkinməyə çalışın və ya, heç olmasa, onların miqdarını aşağı salın. Ən azı, onları vitamin və ya minerallarla eyni vaxtda qəbul etməyin — 4-6 saat gözləyin ki, faydalı maddələr bədəndə tam assimilyasiya olsun.

2. Antibiotiklərin qəbulu orqanizmə p*s təsir edərək, mikrofloranı məhv edir və vitamin/minerallarin mənimsanilməsinə manə olur.

3. Stress də bəzi faydalı bakteriya öldürür və minerallar/vitaminlər daha p*s mənimsənilir.

Buna görə antibiotiklər qəbulundan, və ya uzun müddətli güclü stress keçirmisinizsə, həmişə probiotiklərin qəbulu müalicəsinə başlamaq lazımdır.

☘️

30/01/2021

🇦🇿 Bu gün yeni 2 illik təhsilimin 2-ci günü bitdi🤗

Hər mühazirədən çox böyük zövq alıram.Belə böyük və mükəmməl həkimlər komandasının üzvü olduğum üçün olduqca xoşbəxtəm.
Və bu mərhələdə dayanmaq fikrində də
deyiləm🤭

Mükəmməlliyin limiti yoxdur, xüsusən də elmi biliklərini artırmaqda.
Bu bilikləri əldə etmək və sizinlə bölüşmək fürsətimin olduğuna görə də çox məmnunam🤗

Sizə də dəstəyiniz üçün və yanımda olduğunuz üçün çox təşəkkür edirəm🙏🏻

Bizi irəlidə daha maraqlı mövzular lahiyələr gözləyir☘️

_________________________________

🇷🇺 Сегодня завершился 2-ой день моего нового 2-х летнего образования🤗

Я получаю просто колоссальное удовольствие от каждой лекции и безумно счастлива стать частью такой огромной медицинской команды .ru
И на этом этапе останавливаться я не собираюсь🤭

Нет предела совершенству, в особенности, если это касается обучения и приобретения новых знаний.
Я горжусь тем, что у меня есть возможность приобретать эти знания и делиться ими с вами🤗

Спасибо вам за вашу поддержку и за то, что вы со мной🙏🏻

Нас с вами ждёт ещё очень много интересного, дорогие друзья☘️

Want your business to be the top-listed Beauty Salon in Baku?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Citomed
Baku