Revmatologiya Akademiyası

Revmatologiya Akademiyası

Share

27 fevral 2025
📌 Yeni Klinika
Qeydiyyat üçün
📲0554108909

15/07/2026

İdarə Heyətimizi tanıyın!

Revmatologiya Akademiyasının fəaliyyətində regionlarla əməkdaşlığın gücləndirilməsi və elmi-tədris təşəbbüslərinin ölkə üzrə genişləndirilməsi əsas prioritet istiqamətlərdəndir.

Sizə Regionlarla iş üzrə koordinatorlarımızdan biri olan Dr. Aysel Ədilovanı təqdim edirik.

Dr. Aysel Ədilova peşəkar bilik və təcrübəsini Revmatologiya Akademiyasının regionlarda fəaliyyətinin genişləndirilməsi, həkimlərlə əməkdaşlığın inkişaf etdirilməsi və elmi-tədris layihələrinin koordinasiyasına yönəldəcəkdir. O, bu istiqamətdə həyata keçiriləcək təşəbbüslərin uğurla icrasına və Akademiyanın ölkə üzrə fəaliyyətinin daha da inkişafına öz töhfəsini verəcəkdir.

13/07/2026

İdarə Heyətimizi tanıyın!

Revmatologiya Akademiyasının inkişaf strategiyasının əsas istiqamətlərindən biri tibbi təhsil və peşəkar inkişafın davamlı şəkildə dəstəklənməsidir.

Bu dəfə sizə Təhsil və rezidentura üzrə koordinator Dr. Arzu Cəfərli-Rəsulovanı təqdim edirik.

Dr. Arzu Cəfərli-Rəsulova hazırda Avrasiya Hospitalda fəaliyyət göstərir. O, təhsil və rezidentura sahəsində əldə etdiyi bilik və təcrübəni Revmatologiya Akademiyasının elmi layihələrinin və akademik təşəbbüslərinin inkişafına yönəldərək bu istiqamətdə həyata keçirilən fəaliyyətlərə töhfə verir.

11/07/2026

İdarə Heyətimizi tanıyın!

Revmatologiya Akademiyasının dayanıqlı inkişafı strateji planlaşdırma, effektiv idarəetmə və keyfiyyətə əsaslanan yanaşma ilə mümkün olur. Bu istiqamətdə İdarə Heyətinin üzvləri Akademiyanın fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün mühüm rol oynayırlar.

Bu dəfə sizə Strateji inkişaf və keyfiyyətə nəzarət üzrə koordinator Dr. Teymur Mirzəbəylini təqdim edirik.

Dr. Teymur Mirzəbəyli hazırda TƏBİB-in Tədris və Tədqiqat Departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərir. İdarəetmə, strateji planlaşdırma və tibbi təhsil sahəsindəki zəngin təcrübəsini Revmatologiya Akademiyasının inkişaf strategiyasının formalaşdırılmasına, keyfiyyət standartlarının təkmilləşdirilməsinə və elmi layihələrinin davamlı inkişafına yönəldir. Onun peşəkar yanaşması Akademiyanın fəaliyyətinin səmərəliliyinin artırılmasına və institusional inkişafına mühüm töhfə verir.

08/07/2026

İdarə Heyətimizi tanıyın!

Güclü akademik fəaliyyət, uğurlu layihələr və peşəkar əməkdaşlıq etibarlı komanda ilə mümkündür. Revmatologiya Akademiyasının İdarə Heyətində yer alan mütəxəssislər məhz bu məqsədlə öz bilik və təcrübələrini Akademiyanın inkişafına yönəldirlər.

Bu dəfə sizə İdarə Heyətinin sədr müavini Dr. Sarvan Ağamuradovu təqdim edirik.

Daxili xəstəliklər və revmatologiya üzrə mütəxəssis olan Dr. Sarvan Ağamuradov hazırda EGE Hospital-da fəaliyyət göstərir. O, zəngin klinik təcrübəsini Akademiyanın elmi və təşkilati fəaliyyətinə yönəldərək, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, elmi layihələrin təşviqi və peşəkar əməkdaşlıq mühitinin daha da gücləndirilməsi istiqamətində mühüm rol oynayır.

06/07/2026

İdarə Heyətimizi tanıyın!

Revmatologiya Akademiyasının strateji inkişafına, elmi fəaliyyətinin gücləndirilməsinə və revmatologiya sahəsində peşəkar əməkdaşlığın genişləndirilməsinə töhfə verən İdarə Heyətimizin üzvlərini sizə təqdim etməyə davam edirik.

Bu dəfə isə Revmatologiya Akademiyasının İdarə Heyətinin sədr müavini Dr. Nümunə Əliyeva ilə tanış olun.

Dr. Nümunə Əliyeva daxili xəstəliklər və revmatologiya üzrə mütəxəssisdir və hazırda Liv Bona Dea Hospital-da fəaliyyət göstərir. O, zəngin klinik təcrübəsi ilə yanaşı, Revmatologiya Akademiyasının İdarə Heyətinin sədr müavini kimi Akademiyanın strateji hədəflərinin həyata keçirilməsi, elmi əməkdaşlığın inkişafı və revmatologiya sahəsində peşəkar platformanın daha da gücləndirilməsi istiqamətində fəal fəaliyyət göstərir.

02/07/2026

İdarə Heyətimizi tanıyın!

Revmatologiya Akademiyasının İdarə Heyəti ölkəmizdə revmatologiyanın inkişafına elmi, klinik və akademik fəaliyyəti ilə töhfə verən nüfuzlu mütəxəssislərdən ibarətdir.

İdarə Heyətimizin ilk təqdim olunan üzvü Akademiyamızın Baş katibi, daxili xəstəliklər və revmatologiya professoru Prof. Dr. Fərhad Talıbovdur.

Uzunillik elmi, pedaqoji və klinik fəaliyyətə malik Prof. Dr. Fərhad Talıbov Baş katib kimi Akademiyanın institusional inkişafı, elmi fəaliyyətinin gücləndirilməsi və strateji prioritetlərinin həyata keçirilməsi istiqamətində mühüm töhfələr verir.

Növbəti paylaşımlarımızda İdarə Heyətimizin digər üzvlərini də sizlərə təqdim edəcəyik.

̇darəheyəti

Photos from Revmatologiya Akademiyası's post 24/06/2026

“Behçet Xəstəliyinin Diaqnostika və Müalicəsi üzrə Klinik Protokol” xəstəliyin diaqnostikası və müalicəsinə dair müasir, sübuta əsaslanan yanaşmaları özündə əks etdirən metodik sənəddir.

Protokolda Behçet xəstəliyinin diaqnostik meyarları, klinik xüsusiyyətləri, diferensial diaqnostika prinsipləri, eləcə də göz, damar, mədə-bağırsaq sistemi (MBT), mərkəzi sinir sistemi (MSS) və digər orqan-sistem tutulmalarının idarə olunmasına dair müasir tövsiyələr təqdim olunur.

Behçet xəstəliyinin sistem xarakter daşıması diaqnostika və müalicədə kompleks yanaşmanı zəruri edir. Protokolda təqdim olunan tövsiyələr müasir elmi sübutlara əsaslanaraq klinik praktikada vahid yanaşmanın formalaşdırılmasına xidmət edir.

Sənəd xəstələrin vaxtında diaqnostikası, düzgün qiymətləndirilməsi və effektiv müalicəsinin təşkili istiqamətində praktik rəhbərlik rolunu oynayır və revmatoloji xidmətin keyfiyyətinin artırılmasına töhfə verir.

Protokolun tam mətni ilə tanış olmaq üçün bio-dakı linkə keçid edin!

Photos from Revmatologiya Akademiyası's post 20/06/2026

“Dermatomiozit: Klinik əlamətlərdən multidissiplinar idarəyə” simpoziumundan unudulmaz anlar.

Mövsümün son simpoziumu olan bu görüş yalnız elmi proqramı ilə deyil, həm də iştirakçılar arasında səmimi ünsiyyət, təcrübə mübadiləsi və yeni peşəkar əlaqələrin qurulması ilə yaddaşlarda qaldı.

Tədbir boyunca göstərdiyi dəstəyə və miozit mövzusunda təqdimatı ilə proqramın elmi məzmununa töhfə verdiyinə görə Baş sponsorumuz SUNLAB Medical-a ( ) xüsusi təşəkkürümüzü bildiririk.

Birlikdə öyrənməyə, paylaşmağa və inkişaf etməyə davam edirik.

Photos from Revmatologiya Akademiyası's post 15/06/2026

13 iyun 2026-cı il tarixində Four Seasons Hotel Baku-da Revmatologiya Akademiyasının təşkilatçılığı ilə “Dermatomiozit: Klinik əlamətlərdən multidissiplinar idarəyə” mövzusuna həsr olunmuş elmi-praktik simpozium uğurla keçirilmişdir.

Tədbirin açılış nitqi Dr. Megrur Bey Memmedov tərəfindən səsləndirilmişdir. Simpoziumun təşkilinə rəhbərlik edən Dr. Nümunə Əliyeva mövzu üzrə təqdimatla çıxış etmiş, Dr. Ayşən Allahverdiyeva isə klinik halların təqdimatını həyata keçirmişdir.

Tədbirin moderatorları Prof. Dr. Fərhad Talıbov, Dr. Alidə Alıyeva, Dr. Sarvan Ağamuradov və PhD. Dr. Fidan Qasımova olmuşlar.

Simpozium çərçivəsində ekspert həkimlər - Dr. Nəzrin Namazova, Dr. Elxan Məmmədov, Dr. İlkanə Kələntərova, Dr. Səfər Rzayev, Dr. Pərvanə Əsgərova, Dr. Minurə Abışova Əliyeva və Dr. Fəridə Rəsulova öz klinik təcrübələrini bölüşərək mövzu ətrafında məhsuldar müzakirələr aparmışlar.

Tədbirin fəxri qonaqları Prof. T.e.d. Sənan Kərimov, PhD Dr. Valeh Hüseynov və Uzm. Dr. Həsən Həsənzadə isə dəyərli elmi baxışları ilə müzakirələrə töhfə vermişlər.

Yay fasiləsindən öncə keçirilən son simpozium olan bu görüş bilik və təcrübə mübadiləsi, eləcə də iştirakçıların fəal müzakirələri ilə yadda qalmışdır. Revmatologiya Akademiyası qısa fasilədən sonra yeni elmi proqramlarla fəaliyyətini davam etdirəcəkdir.

Sonda göstərdiyi təşkilati dəstəyə görə SEM Academy-ə ( SEM Academy - Society of Elite Medicine )baş sponsorluğu üçün isə SUNLAB Laboratoriyasına ( Sunlab Medical ) təşəkkürümüzü bildiririk.

Want your business to be the top-listed Beauty Salon in Baku?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Baku