nitq_inkisaf_merkezi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from nitq_inkisaf_merkezi, Health/Beauty, Xətai rayonu. Həzi Aslanov. İlqar Zülfüqarov küçəsi, 16A, Baku.
02/12/2025
Xüsusi təhsil sahəsində çalışan biri kimi hamiləlik dövrü mənim üçün həm çox həyəcanlı, həm də olduqca məsuliyyətli bir proses idi. Bu dövrdə hər an bir risk faktoru kimi görünür və etibarlı bir həkim axtarırıq.
Mənim üçün bu həkim – Gülnar həkimdir .ginekoloq_gulnar_aliyeva
İkinci övladımda da məni o izləyib və hətta Türkiyədə olduğum zamanlarda belə daim əlaqədə qalıb, heç vaxt özümü tək hiss etdirməyib.
Təəsüf ki , şahidi olduğum bir çox proses var ki , insanı üzür . Beləki sadəcə uşaq dünyaya gələnə qədər bir həkim deyil davamıda sənin yanında olan birinə ehtiyacın var .
✅ Ən sadə bir nümunəni bildirim . Xəstəxanadan çıxdıqdan 2 gün sonra kontrola qayıdanda öyrəndim ki, əməliyyatım bitəndən sonra qızım aparata bağlanıb və mən narkoz altında olduğum müddətdə Gülnar həkim tam 2 saat övladımın başı üstündə dayanıb.
Bunu eşidəndə yaşadığım hissləri sözlə ifadə etmək çətindir…
Belə həkimlərin varlığı insana güvən, rahatlıq və sevinc verir. 💖
30/11/2025
Yəqin eşitmisiniz: Sınaqdan sonra səda gəlir.
Bu deyim tam mənim həyatımın izahıdır. Atam insult keçirib ağır vəziyyətdə reanimasiyaya girsə də, bir müddət sonra ayaqları ilə o xəstəxanadan çıxdı. Elə həmin gün isə mən yenidən ana olacağımı öyrəndim. Bir gündə həm qorxu, həm sevinc, həm göz yaşı, həm minnətdarlıq yaşadım… Allah o gün mənə iki can verdi. Şükürlər olsun, bu gün ikisi də yanımdadır🙏
25/11/2025
🆘 Səsimiz Eşidildi! Xüsusi Təhsilə Hörmətli Yanaşma!
Mütəxəssislər olaraq hazırladığımız elmi əsaslı təkliflər və beynəlxalq təcrübələrə söykənən rəsmi müraciətimiz, nəhayət, müvafiq dövlət qurumu tərəfindən yüksək səviyyədə cavablandırıldı! 🇦🇿 Təəsüf ki , əvvəldə gönderilmiş məktublara BŞTD tərəfindən hər dəfə şablon cavablar gəlirdi və sadəcə hörmətsizlik kimi qiymətləndirilirdi . Çünki məktub sanki oxunmamış idi . Nəysə cavablar paylaşılıb və siz görmüsüz.
✅ Uzun müddət şablon cavablarla qarşılaşdığımız, lakin əsaslı və elmi təkliflərimizdən geri çəkilmədiyimiz rəsmi müraciətimizə nəhayət ki, dəyər verildi! 🙏
Elm və Təhsil Nazirliyi yanında Dövlət Agentliyindən gələn cavab məktubu, təkliflərimizin sonuna qədər oxunduğunu və təhsil islahatlarında nəzərə alınacağını təsdiqlədi. 💡
Bu, mütəxəssislərin əməyinə və xüsusi təhsilin inkişafına ciddi yanaşmanın göstəricisidir. Xüsusi təhsilin daha keyfiyyətli olması üçün hər bir mütəxəssisin fikri vacibdir. Nəticələr yaxın gələcəkdə olsun! ✊
08/11/2025
📌 “Həkim diaqnoz qoyub, niyə yenidən mərkəzə aparmalıyam?”
Bəli, bu sualla çox tez-tez qarşılaşırıq 😊
Uşağınız artıq həkim tərəfindən müayinə olunub və diaqnoz qoyulubsa, bu, çox vacib bir addımdır. Amma gəlin bir məsələni aydınlaşdıraq 👇
Tibbi diaqnoz – uşağın sağlamlıq vəziyyəti və ümumi inkişaf göstəriciləri ilə bağlı olur.
Bizim kimi inkişaf mərkəzlərində aparılan psixoloji, pedaqoji və loqopedik yoxlanışlar isə uşağın ünsiyyət bacarıqları, davranış səviyyəsi və öyrənmə potensialını müəyyənləşdirməyə yönəlib.
⚠️ Yəni, burada məqsəd diaqnoz qoymaq deyil,
əksinə — həkim tərəfindən qoyulmuş diaqnoza əsaslanaraq, uşağa fərdi inkişaf planı hazırlamaqdır.
Unutmayaq ki:
👉 Tibbi diaqnoz rəsmi xarakter daşıyır.
👉 Mərkəzdə aparılan qiymətləndirmə isə uşağın gündəlik bacarıqlarını, sosial və idrak inkişafını göstərir.
💬 Həkim uşağın inkişafı ilə bağlı tövsiyə verə bilər, lakin pedaqoji işə birbaşa müdaxilə edə bilməz.
Çünki bu sahə artıq müvafiq ixtisaslı pedaqoqların, loqopedlərin və psixoloqların səlahiyyətinə daxildir.
Yəni həkim istiqamət göstərir, inkişaf planını isə pedaqoji komanda qurur.
Bu iki addım bir-birini tamamlayır, biri digərinin əvəzi deyil 💫
Sonda valideynlərə ən vacib mesaj:
🧩 “Diaqnoz uşağı deyil, ona doğru yolu göstərir.”
Biz isə o yolda uşağınız üçün ən doğru inkişaf planını qurmağa kömək edirik ❤️
26/10/2025
Kimisi ağımı görür, kimisi qaramı…
Heç kim həqiqətimi bilmir.
Ağda mirvari, qarada qaranlıq — amma hər ikisi mənəm.
Məni istədiyiniz kimi görürsünüz, amma olduğum kimi yox.
Bilirəm çətin adamam , çətin müdürəm amma mən əziyyət çəkdiyim işimi heçnəyə qurban verə bilmərəm
👑Fotoqraf Günel xanıma güvənə bilərsiniz.
25/10/2025
Xüsusi təhsildə qərarlar elə verilir ki, bəzən düşünürsən: məqsəd uşağın inkişafıdır, yoxsa büdcəyə qənaət? Aidiyyəti qurumlar aidiyyətsiz qərarlar verir, empatiya isə çoxdan sistemdən silinib.
Ümumi təhsil məktəblərində xüsusi siniflər açılır. Proqramsız, təlimsiz müəllimlər cəlb olunur. Sonra yadlarına düşür: “axı bu uşaqlar fərqlidir və onların da öyrənmə potensialı var”. Oktyabr sonlarında təlimlər başlanır — yəqin ki, maliyyə planı əsasdır, maarifləndirmə yox.
Dünya statistikası ürəkaçan deyil: 39 uşaqdan 1-i sağlamlıq məhdudiyyəti daşıyır, 31-dən 1-i autizm spektr pozuntusuna malikdir. ABŞ prezidenti belə həyəcan təbili çalır. Bizdə isə “aidiyyəti olmayan aidiyyəti şəxslər” qərar verir. Ən “romantik” addım isə xüsusi baxçalardakı qrupları bağlamaq olur.
Bakıda cəmi 3-4 xüsusi baxça var və ailə məcbur qalıb ayı 500–2000 manat ödəyən baxçalara üz tutur. Buna baxmayaraq, var olan baxçalarda qruplar bağlanır, işsiz kolleqalarım artır. Bağlamaqdansa, baxçaların sayı artmalı, hətta ümumi təhsil baxçalarında xüsusi siniflər açılmalı, inklüziv siniflər tətbiq olunmalıdır. Erkən müdaxilə budur! Erkən müdaxilə düzgün qurulmasa, orta təhsilin də mənası qalmır. Burda sual ortaya çıxır . Bağlamaqla hansı problemi həll etdiyimizi düşünürük?
📌 Unutmayaq Erkən müdaxilə olmadan orta təhsildən nəticə gözləmək, yağışsız buluddan dəniz ummaq kimidir.
Amma uşaqlar xüsusi siniflərə göndərilir və necə eşitdiyimiz kimi, müəllimlər 7 ay 29 gün işləyib, sonra öz hesabına sentyabrı gözləyirlər.
Heç kim həyatdan sığortalanmayıb — bəlkə bir gün o “xüsusi uşaq” sənin ailəndə doğular. 📌 Empatiya o gün üçün deyil, bu gün üçün lazımdır.
Cənab Nazir xahiş edirik istər valideyin istərsədə mütəxəsis kimi bu iş əncam çəkin ….
18/10/2025
Hər kəsin həyatında mələk ola bilmərik… Mən bir mələk deyiləm…
Amma övladlarımıza – gələcəyin insanlarına mələk kimi dəstək ola bilərik. 👼
Uşaqlar böyüyür, dəyişir…
Günü-gündən yeni diaqnozlar, mutasiyaya uğramış hallar, hətta dünyada tək rast gəlinən vəziyyətlər ortaya çıxır.
Hər bir uşaq öz dünyası, öz ehtiyacı ilə gəlir – və biz bu dünyaları anlamağa hazır olmalıyıq.
Belə bir zamanda defektoloq, loqoped, psixoloq kimi mütəxəssislərə olan ehtiyac daha da artır.
Onlar sadəcə terapiya aparan deyil, bəzən bir uşağın həyata bağlanma səbəbinə çevrilirlər.
Bunun üçün isə təkcə işləmək yetmir —
✅ Paylaşmaq,
✅ Bilik və bacarıqları inkişaf etdirmək,
✅ Yeniliklərə açıq olmaq,
✅ Daim araşdırmaq lazımdır.
✨ Çünki hər gün qarşımıza çıxan uşaqlar və vəziyyətlər dəyişir.
Bugünkü yanaşma sabah üçün kifayət etməyə bilər.
Əgər gələcəyin sağlam təməl üzərində qurulmasını istəyiriksə, biz də dəyişməli, öyrənməli, paylaşmalıyıq.
Amma bir mələyin – həm öz övladımın, həm də başqalarının – həyatına işıq qatmaq üçün çalışıram.
💛 Çünki sabahın necə olacağını bilmirik…
17/10/2025
📢 Peşəkar bir mütəxəssisin səsi olaraq paylaşmaq istədiyim bir məsələ:
Bu gün qarşılaşdığım bir hadisəni sizinlə bölüşmək istəyirəm. Bunu yazmaqda məqsədim kimisə ifşa etmək deyil, sadəcə həm özümü ifadə etmək, həm də bu sahədə çalışan bütün mütəxəssislərin qarşılaşa biləcəyi çətinliklərə işıq tutmaqdır.
5-6 ay əvvəl bir ailə bizə müraciət etdi – iki qız övladının səsləri düzgün tələffüz etmədiyini bildirirdi. Yoxlanış zamanı məlum oldu ki, bu yalnız səslərlə bağlı məsələ deyil, həm də pedaqoji baxımsızlıq və qavrama çətinlikləri var.
Biz uşaqlara uyğun proqram hazırladıq. Qısa müddətdə kiçik bacı demək olar ki, tam şəkildə düzəldi – biz bu nəticəni qaranti vermədən, yalnız işimizə inanaraq əldə etdik. Bu çox sevindirici oldu.
Lakin böyük bacının inkişafı bir az daha zaman tələb edirdi. Təəssüf ki, ailə məhz indicə qaranti tələb etməyə başladı. Üstəlik, mənim hamilə olduğum bu həssas dövrdə, etik və insani sərhədləri aşaraq mənə qarşı hörmətsiz və s… Qarğışlara qədər uzanan bu münasibəti artıq qəbul edə bilməzdim və ailə ilə əlaqəni sonlandırmaq məcburiyyətində qaldım.
❗️Bir şeyi aydın şəkildə bildirmək istəyirəm:
• Nitq inkişafında qaranti yoxdur. Hər bir uşağın fərdi inkişaf tempi var.
• Qısa müddətdə nəticə əldə etmək mümkündür, amma bu, həmişə belə olacaq deyə bir şey yoxdur.
• Mütəxəssislərə qarşı hörmət olmazsa, əməkdaşlıq da mümkün deyil.
Mənim işim sözlərlədir. Amma bəzən insanın sükutu da sözdən ağır olur. Mən ana olmağa hazırlaşdığım bu dövrdə, nəinki peşəkar olaraq, insan olaraq da belə münasibəti haqq etmədim.
📌 Burda ailənin maddi və mənəvi olaraq yorulduğunu çox gözəl anlayırıq. Lakin əlimizdə sehirli çubuğun olmadığınıda anlayan olsa
✅ Valideyindən xahiş etdik ki , sabah məni şikayət edərkən xüsusi şəkildə ərizədə qeyd etsin
1: İlk gün cədvəl əlimizə gəldikdə Esmira x adı yox idi və biz razılıq verib dərsə başlsmışıq . 6 aydan sonra isə biz Esmira x dedik ki , uşağımıza siz dərs deyəcəyinizi düşünürdük . İlk gün düşünə bilmədik …
2: Kiçik qızımızda qaranti vermədilər lakin ən qısa zamanda nəticə aldıq. Böyük qızımızda qaranti istəyirik !
Mən qağış etməyi bacarmıram Allah görür yetər 🙏
12/10/2025
📌 Mütəxəsislərdə nəticə görməyən valideyinlər bəzən unudur ki ,o mütəxəsisdən o qədər nəticə görən valideyin varki..
🔹 1. Təkcə mütəxəssisə pul xərcləməklə iş bitmir.Amma evdə tətbiq edilməyən tövsiyələr, unudulan tapşırıqlar və ya davamlı dəyişən müalicə yanaşmaları nəticə vermir. Uşağın gündəlik həyatında valideyn nə qədər dəstək olursa, inkişaf da bir o qədər sabit və sürətli olur.
🔹 2. Məsuliyyəti yalnız “xaricdə” axtarmaq doğru deyil
Ailə nəticə olmadıqda ilk olaraq mütəxəssisi günahlandıra bilir. Halbuki özlərinə sual versələr:
• Mən evdə nə qədər tətbiq etdim?
• Mütəxəssisin dediklərini tam yerinə yetirdim?
• Uşağın texnologiya istifadəsini məhdudlaşdırdımmı?
• Onun gündəlik qidalanması, yuxusu, fəaliyyəti balanslıdırmı?
🔹 3. Gec müdaxilə və davamlı dəyişiklik nəticəni ləngidir
Uşaqda bir problem olduqda onu “öz-özünə keçər” deyərək gözləmək və ya ayda bir mütəxəssis dəyişdirmək, təəssüf ki, uşağın deyil, valideynin “təskinliyi” üçündür. Amma uşaq üçün ardıcıl və sabit yanaşma vacibdir.Ən əsasıda ayda bir fərqli həkim müalicəsi 🙁
🔹 4. Ev mühiti, texnologiya, özünə qulluq vərdişləri əsasdır
Çox doğru qeyd etmisiniz: Uşağın ilk mərhələdə özünə qulluq vərdişləri, müstəqilliyi və təmas qurma bacarığı önəmlidir. Danışmaq üçün uşağın niyyəti, ehtiyacı və mühitlə əlaqəsi olmalıdır. Pampersdən çıxmayan, hər istədiyi verilib susdurulan və ya yemək qarşılığında ekrana baxmağa öyrədilən bir uşaq üçün danışıq ikinci planda qalır.
🔹 5. Hər uşaq fərqlidir – inkişaf fərdidir
İbtidai sinif nümunəsi çox yerindədir. Bütün uşaqlar eyni vaxtda oxumağı, yazmağı, hesablamağı öyrənmir. Eləcə də danışmaq, özünüifadə bacarığı və digər sahələrdə də fərqli vaxtlarda inkişaf olur. Amma bu fərqi qəbul etmək, onun üzərində sistemli işləmək lazımdır.
✅ Nəticə: “Pul tökmək kaşki yetərli olsa!”Əgər uşağın müalicəsinə yanaşma, ev dəstəyi və ardıcıllıq yoxdursa, dünyanın ən yaxşı mütəxəssisini də gətirsəniz, nəticə ya zəif olar, ya da çox gec gələr. Təbii ki, mütəxəssislər də məsuliyyət daşıyır, amma valideyn öz məsuliyyətini qəbul etmədikcə proses axsayır.
12/10/2025
Bu gün yenə nostalji ilə dolu bir konsertdə idik
O köhnə, klassik mahnılar var ha – həqiqətən onların yeri başqadır…
Adamın ürəyini elə bir çəkir ki, hamiləlik hormonları da fürsəti qaçırmır – yerli-yersiz gözlərim dolur, vallah.🫣
Bu mahnı isə xüsusilə mənim əziz tələbələrimə gəlsin.
Çünki bilirəm…
Məni müəllim kimi tanıyan bir tələbə, sonra başqasını sevə bilmir. 😌👑
(Əlbəttə, bu iddia deyil… sadəcə acı reallıqdır 😅)
08/10/2025
O nə deyər bu nə deyər dövrünü məncə hamı bitirməli . …..
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Xətai Rayonu. Həzi Aslanov. İlqar Zülfüqarov Küçəsi, 16A
Baku
AZ1129
