Op.Dr.Taceddin Muradov

Op.Dr.Taceddin Muradov

Share

Qulaq Burun Bogaz ve Baš Boyun Cerrahiyesi Uzmani

25/06/2025

Bu həftə bizim üçün çox xüsusi idi. İki əkiz körpəmizin uğurlu koxlear implant əməliyyatlarını həyata keçirdik. Bu gün onları yeni səslərə, yeni üfüqlərə doğru yola salırıq — Naxçıvana! 💙👂🏻

Onların artıq səsləri eşidə biləcəyi, ilk dəfə valideynlərinin səsini duya biləcəyi bu yeni həyat yolunda biz də qürurla yanlarındayıq.

👉🏼 Bəzən bir əməliyyat, bir toxunuş, bir dəyişik həyat deməkdir.
Bugün biz bir az da xoşbəxt, bir az da duyğulu yola salırıq bu balaları. ❤️

Səslərlə dolu bir gələcəyə xoş gəldiniz, balalar!

07/05/2025
24/02/2025

25 fevral Ümumdünya Koxlear İmplant Günüdür!

Eşitmə İtkisi Olanlar Üçün İnqilab: Djourno, Eyries və Clark’a Hörmətlə!

Bəşər tarixində bəzi elm adamları tək bir kəşflə milyonlarla insanın həyatını dəyişib. Bu gün bu elm adamlarından üç nəfərin adını hörmətlə anmaq istədim.
Eşitmə itkisinə çarə axtaran André Djourno, Charles Eyriès və Graeme Clark belə bir inqilab etdilər.

Fransız alimləri André Djourno və Charles Eyriès eşitmə itkisi olan xəstəyə birbaşa eşitmə sinirlərini stimullaşdıra bilən cihaz implantasiya ediblər. Bu, koxlear implant texnologiyasının başlanğıcı hesab olunur.
İlk uğurlu koxlear implant əməliyyatı 1957-ci il fevralın 25-də həyata keçirildi. Məhz bu səbəbdən 25 fevral Ümumdünya Koxlear İmplant Günü kimi qeyd olunur.

1978-ci ildə isə avstraliyalı alim Graeme Clark bu texnologiyanı daha da irəli apardı və xəstəyə ilk çoxkanallı koxlear implantı uğurla yerləşdirdi. Bu texnologiya eşitmə sinirinə daha ətraflı elektrik siqnalları göndərərək xəstələrə nitqi başa düşməyə və daha təbii eşitməyə kömək etdi. Onun hazırladığı sistem bu gün istifadə olunan müasir koxlear implantların əsasını təşkil edib

Bu gün koxlear implantlar eşitmə itkisi olan milyonlarla insana səsləri yenidən eşitmək imkanı təqdim edir. Təsəvvür edin, heç vaxt səs eşitməyən bir uşaq ilk dəfə anasının səsini eşidir və ya uzun illər səssizcə yaşayan bir insan dünya ilə yenidən bağ qurur..
Bu, üç alimin sayəsində mümkün oldu!

Biz bu qeyri-adi adları hörmətlə xatırlayır və irsini yaşatmağa davam edən alimlərə təşəkkür edirik.
Səsin dəyərini bilmək və eşitmə qüsurlu insanlar üçün daha əhatəli bir dünya yaratmaq bizim əlimizdədir!

Sound

Photos from Op.Dr.Taceddin Muradov's post 30/11/2024

Bu gün ADA Universiteti, ADA Universiteti Fondu (ADAF), “Referans Medical Group” və “PAŞA Bank”ın birgə təşkilatçılığı, TƏBİB-in dəstəyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinələr təşkil edildi.
“Referans Medical Group”un Bakıdan dəvət olunmuş ixtisaslı həkimləri tərəfindən 500 e qədər pasientin müxtəlif ixtisaslar üzrə müayinələri həyata keçirildi..

17/11/2024

En yeni sıkı hayranlarıma çok teşekkürler! 💎

Sevda Babayeva

Photos from Op.Dr.Taceddin Muradov's post 15/11/2024
Photos from Op.Dr.Taceddin Muradov's post 05/03/2024

Bu gün Mətkəzi Neftçilər Xəstəxanasında 3 mart Dünya Qulaq və Eşitmə Gününə həsr olunmuş toplantıda eşitmə sağlamlığı haqqında danışdıq..
#септопластика #ринопластика #тонзилэктомия #аденоидэктомия #синузит #гайморит #зоб #тироидэктомия #ухогорлонос #лор l #оториноларингология #отопластика

17/02/2024

Həyatımıza toxunan bəzi insanlar vardır…
Qəlbimizdə yeri həmişə bir fərqli, həyatımıza toxunduğu andan yollarımızı sönməyən mayak kimi işıqlandıran…
Bu işıqlı insan, mənə əziz Riyaziyyat müəllimim Nadir müəllimdir. Allahdan ona can sağlığı, daha neçə sevinc, süvgi dolu illər arzulayıram!

29/11/2023

Qulaq cərrahiyəsi👂🏻👂👂💥
#септопластика #ринопластика #тонзилэктомия #аденоидэктомия #синузит #гайморит #зоб #тироидэктомия #ухогорлонос #лор l #оториноларингология #отопластика

Want your business to be the top-listed Beauty Salon in Baku?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Əhməd Rəcəbli Küçəsi 19K
Baku