Dermatoloq Aynur Bedevi

Dermatoloq Aynur Bedevi

Share

Dermatology & Aesthetic Dermatology

17/09/2024

Komedonal akne, əsasən dəridəki məsamələrin tıxanması nəticəsində yaranan bir akne növüdür. Bu tıxanmalar, ölü dəri hüceyrələri və dərinin yağ vəzilərinin ifraz etdiyi sebumun (yağ) yığılması ilə meydana gəlir.

Komedonal akne adətən üz, alın və çənə kimi yağlı dərinin daha çox olduğu sahələrdə yaranır. Bu akne növü iltihablı olmadığı üçün qızartı və şişkinliklə müşayiət edilmir, lakin müalicə olunmadıqda iltihablı formaya keçə bilər.

16/09/2024

Fotona4D, cildi müalicə etmək üçün iki tamamlayıcı lazer dalğa uzunluğunun unikal kombinasiyasını istifadə edən innovativ bir lazer müalicəsidir.

Fotona4D, qeyri-cərrahi və invaziv olmayan bir üz gərmə alternativi təqdim edərək, təbii görünən və uzun müddətli nəticələr verir.

12/09/2024

Bu postda sizə Leyşmaniya müalicəsinin daha bir uğurlu nəticəsini və xəstəliyin özünü təqdim edirik.

XATIRLATMA:

📌 Leyşmaniyanın 20-yə yaxın növü mövcuddur ki, onlar da yalnız laborator müayinə zamanı diferensiasiya edilir.

📌 3 əsas klinik forma-visseral sindromla, selikli qişada və dəridə baş verən dəyişikliklərlə təzahür eden infeksion parazitar xəstəlikdir.

📌 Müalicəsi klinik duruma uyğun selektiv preparatlarla ve yanaşı ikincili infeksiya qosulmuşsa antibakterial olmalı, həm yerli, həm də sistem şəklində aparilmalıdır.

📌 Düyünlər eroziyalaşmadığı dönəmdə isə lokal olaraq kriodestruksiya da tövsiyə olunan müalicə metodudur.

10/09/2024

Yoxsa siz elə bilirsiniz həkimlərin müasir trendlərdən xəbəri yoxdur?!

Var əlbəttə

🎼 İnanmayanlar videonu izləsizlər

.

06/09/2024

🍄‍🟫 Göbələk xəstəlikləri dərini, saçları və dırnaqları zədələyən göbələklər tərəfindən törədilir. Bunlar yoluxucu xəstəliklərdir.
Mikrosporiya xüsusilə çox yoluxucudur. Zədələnmə ocaqları dəridə halqaşəkilli eritematoz disklərlə yerləşir.
Şəkillərdə xəstəliyin yaratdığı zədəni və iki həftəlik müalicənin nəticəsini görürsünüz.

30/08/2024

Tük follikulu dərinin dermal təbəqəsində yerləşən dinamik bir orqandır və müxtəlif funksiyaları olan 20 müxtəlif tip hüceyrədən ibarətdir. İnkişaf mərhələləri isə aşağıdakı kimidir ⬇️

➡️ Yeni tükün uzanması saç matriksindəki saç follikulunun formalaşmasından başlayır.

➡️ Saçlar dövri olaraq uzanır. Anagen - böyümə dövrüdür; katagen – bir mərhələdən digərinə keçid, reqressiya mərhələsi; və telogen – ətalət və ya sabitlik dövrü.

➡️ Sikl başlamazdan əvvəl follikulyar morfogenez (follikulların əmələ gəlməsi) mərhələsi baş verir.

➡️ Siklin müddəti bədənin müxtəlif hissələri üçün dəyişir. Məsələn, qaş tüklərinin bu dövrü tamamlaması üçün təxminən 4 ay, baş dərisi üçün isə 3-4 il lazım olur. Buna görə də qaş tükləri baş dərisi tüklərindən daha qısadır.

23/08/2024

Keratoakantoma dərinin epiderma qatında əmələ gələn xoşxassəli şiş toxumasıdır. Buna dəri buynuzu da deyirlər. Ən çox üzün dərisində meydana gəlir.
Biz bu problemlə müraciət edən pasiyenti ətraflı müayinədən sonra Fotona Nd yag ve Er-yag lazerle həmin toxumanı götürdük. İkinci fotoda artıq uğurlu nəticəni görə bilirsiniz.

16/08/2024

☀️Günəş şüalarıyla birbaşa təmasdan sonra dərimizdə ağ ləkələrin yaranması mümkündür. Haqlı olaraq təşviş yaranır və səbəbi bizi narahat edir!

Detallar üçün videonu sona qədər izləyin 🥼

13/08/2024

Özünə və ağlına güvənən, həyata gülər gözlərlə baxan, sonsuz mərhəməti ilə cəmiyyət üçün doğru övladlar yetişdirən qadınlar sağlam gələcəyin qarantiyasıdır…

12/08/2024

Bu pasiyentimizdə olduğu kimi göbələk xəstəliyinə bədənin müxtəlif yerlərində rast gəlmək mümkündür. Qırmızı dairələr şəklində səpgilər, qaşınma və dərinin soyulması kimi simptomlara səbəb olur.

Dəri göbələyi adətən təmasdan və ya yoluxmuş insanların əşyaları vasitəsilə ötürülür. Müalicə edilməzsə, infeksiya yayıla və narahatlığı artıra bilər.

06/08/2024

Dishidrotik ekzema ayaqlarda və əllərdə kiçik, amma inanılmaz dərəcədə qaşınan qabarcıqlarla müşahidə olunur. Həmçinin yaz allergiyası mövsümündə daha da pisləşir.

P.S. Fotolarda gördüyünüz isə xəstəliyin aktiv fazası, eləcə də düzgün diaqnoz və müalicənin mükəmməl nəticəsidir 🏆

Want your business to be the top-listed Beauty Salon in Baku?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Azerbaycan
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00